“Təslim olmaq fikrində deyilik, biz vəziyyəti düzəldə bilərik”

6 Oktyabr 2022 01:40 İspaniya 602
“Təslim olmaq fikrində deyilik, biz vəziyyəti düzəldə bilərik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur matçında Belçika “Brügge”sinə məğlubiyyəti (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis “Brügge”nin güclü olduğunu deyib:

“Brügge” çox güclü idi. Amma biz buna hazır idik. İlk hissə yaxşı idi, amma dəqiqlik və bəlkə də, inamımız yox idi.

Bütün matçın gedişini dəyişə biləcək penaltini vura bilmədik. Lakin təslim olmaq fikrində deyilik. Qarşıda daha üç oyun var və biz vəziyyəti düzəldə bilərik”.

Çempionlar Liqasının qrup mərhələsinin 3 turundan sonra “Brügge” 9 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” 3 xalla 4-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR