Fatih Terim İspaniyanın məşhur klubunu çalışdıracaq?

5 Oktyabr 2022 10:20 İspaniya 2 652
Fatih Terim İspaniyanın məşhur klubunu çalışdıracaq?

Mövsümə uğursuz start verən "Sevilya" baş məşqçi Yulyen Lopeteqini istefaya göndərməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, komandanın göstərdiyi nəticələrdən narazı olan Əndəlus təmsilçisinin rəhbərliyi 56 yaşlı mütəxəssislə yolları ayıracaq.

La Liqa klubunun baş məşqçi postuna namizədlərdən biri Fatih Terimdir.

"Carrusel Deportivo"nun yazdığına görə, "Sevilya" rəhbərliyi türkiyəli mütəxəssislə danışıqlar aparacaq. Digər namizəd isə Xorxe Sampaolidir.

"Sevilya" La Liqada 7 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasında isə keçirdiyi iki matçın birində məğlub olub, digərində heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti