“Barselona” onu Milana yollanan heyətə daxil etmədi

4 Oktyabr 2022 00:00 İspaniya 599
“Barselona” onu Milana yollanan heyətə daxil etmədi

"Barselona"nın futbolçusu Frenki de Yonq Çempionlar Liqasının üçüncü turunun "İnter"lə oyununa çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı Milana yollanan heyətə daxil edilməyib.

Niderland millisinin düşərgəsində sıradan çıxmış yarımmüdafiəçinin zədəsi ciddi deyil.

Sadəcə olaraq, "Barselona"nın baş məşqçisi Xavi Ernandes onu riskə atmamaq üçün İtaliyaya aparmayıb.

De Yonqun "İnter"lə oyundan sonrakı görüşdə meydanda olacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti