“Real” icarəyə verdiyi futbolçunu geri qaytaracaq?

30 Sentyabr 2022 00:10 İspaniya 437
“Real” icarəyə verdiyi futbolçunu geri qaytaracaq?

“Real” “Milan”dan yarımmüdafiəçi Brahim Diası geri qaytarmağı düşünür.

Sportinfo.az xəbər verir ki, bu variant Marko Asensio “kral klubu”ndan ayrılacağı təqdirdə mümkün olacaq.

“Milan” Diası 2021-ci ilin iyulunda “Real”dan 2 illik icarəyə götürüb.

İtaliya klubunun 23 yaşlı ispaniyalını 22 milyon avroya almaq hüququ var. Lakin Madrid təmsilçisi futbolçunu 30 milyon avroya geri ala bilər.

Dias cari mövsümdə “Milan”ın heyətində 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti