Məşhur məşqçi 385 min avro cərimə olundu - Vergidən yayındığına görə

28 Sentyabr 2022 01:40 İspaniya 539
Məşhur məşqçi 385 min avro cərimə olundu - Vergidən yayındığına görə

“Betis”in baş məşqçisi Manuel Pelleqrini qəsdən vergidən yayındığına görə 385 min avro cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

69 yaşlı Pelleqrini 2020-ci ilin avqustundan “Betis”i çalışdırır. Bu mövsüm onun rəhbərliyi altında 6 oyunda 15 xal toplayan komanda La Liqada yalnız “Barselona” (16) və “Real”dan (18) geri qalaraq, üçüncü yeri tutur.

İspaniya çempionatının növbəti turunda “Betis” səfərdə “Selta” ilə qarşılaşacaq.

Bundan əvvəl Pelleqrini “Vest Hem”, “Mançester Siti”, “Malaqa”, “Real” kimi komandaların baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM