"Barselona"lı əməliyyatdan imtina etdi - DÇ-2022-də oynamaq üçün

26 Sentyabr 2022 00:00 İspaniya 413
"Barselona"lı əməliyyatdan imtina etdi - DÇ-2022-də oynamaq üçün

"Barselona"nın futbolçusu Ronald Arauxo Uruqvay millisində ciddi zədə alıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin sağ budunda sınıq aşkarlanıb.

O, İranla keçirilən yoxlama matçında xəsarət alıb.

Həkimlər tətəfindən Arauxonun əməliyyat olunması məsləhət görülüb. Lakin o, bundan imtina edib.

Futbolçu DÇ-2022-də oynamaq üçün belə qərar verib. O, tezliklə sağalacağına və meydana çıxacağıan ümid edir.

2020-ci ildən Uruqvay millisinə dəvə alan Arauxo yığmada 12 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!