"Biz mövsümə yaxşı başladıq, onlarda isə vəziyyət daha pisdir"

19 Sentyabr 2022 18:40 İspaniya 414
"Biz mövsümə yaxşı başladıq, onlarda isə vəziyyət daha pisdir"

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 6-cı turunda “Atletiko”nu məğlub etdikləri oyun (2:1) haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi ikinci hissədə yaxşı oynamadıqlarını deyib:

“İki top fərqi var idi, yaxşı müdafiə olunduq. İkinci hissədə isə hərəkətlərimizdə səmərəlilik yox idi, irəli getmək həvəsi yox idi.

Məncə, “Atletiko” çox yaxşı komandadır, onların çoxlu usta futbolçuları var. Mövsümün əvvəlində problem yaşadılar, amma sona qədər çempionluq uğrunda mübarizə aparacaqlar.

Hələ heç nə bitməyib. Biz mövsümə yaxşı başladıq, onlarda isə vəziyyət daha pisdir. Amma hər şey dəyişə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti