"Şübhə edirdi, amma mən qərara gəldim ki, o…"

19 Sentyabr 2022 12:00 İspaniya 371
"Şübhə edirdi, amma mən qərara gəldim ki, o…"

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo hücumçu Edinson Kavaninin debütü ilə bağlı fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi, futbolçunun öz formasına şübhə etdiyini deyib:

“Edinson debüt etmək istəmirdi. Formada olmasına şübhə edirdi. Amma qərara gəldim ki, o, start heyətində meydana çıxmalıdır.

Qərarımdan çox məmnunam. Edinson əsas komandada oynamaq üçün hər şeyə sahib olan oyunçulardan biridir. Əksinə, o, formasını yaxşılaşdırmaq üçün daha çox oynamalıdır”.

İspaniya çempionatının “Selta” ilə matçında (3:0) 35 yaşlı uruqvaylı 72 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti