“O, bir mövsümdə ən azı 10 qol vurmasa, məşqçilik lisenziyamı cırıb atacam”

15 Sentyabr 2022 18:40 İspaniya 727
“O, bir mövsümdə ən azı 10 qol vurmasa, məşqçilik lisenziyamı cırıb atacam”

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Federiko Valverdenin çıxışı ilə bağlı zarafat edib .

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Leyptsiq"ə qalib gəldikləri (2:0) görüşdən sonra açıqlama verib.

Federiko 2017-ci ildən "Real"ın futbolçusudur. O, bu mövsüm "Real"ın heyətində 8 oyunda 3 qol vuran və 2 qol ötürməsi verən 24 yaşlı yarımmüdafiəçi haqda deyib:

“Məni ən çox təəccübləndirən onun çox az qol vurması idi. Ötən mövsüm onun cəmi bir qolu var idi. Federikoya dedim ki, daş kimi ayağı var.

O, "Leyptsiq"lə matçda sol cinahdan qol vurdu. Federikoya ddedim ki, bir mövsümdə ən azı 10 qol vurmasa, məşqçilik lisenziyamı cırıb atacam.

Onu öz mövqeyində dünyanın ən yaxşısı adlandırmaq hələ tezdir. Bir az gözləmək lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR