20 milyonluq yeni transfer mövsümün sonunadək sıradan çıxdı

15 Sentyabr 2022 10:00 İspaniya 823
20 milyonluq yeni transfer mövsümün sonunadək sıradan çıxdı

“Real Sosyedad” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Umar Sadiq uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Xetafe” ilə oyunda (1:2) sağ dizindən ağır zədə alıb. Umarın sentyabrın 15-də dizindən əməliyyat olunacağı bildirilib.

İspaniya mətbuatının iddiasına görə, ən ağır zədələrdən biri ilə üzləşən hücumçu böyük ehtimalla mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

“Real Sosyedad” Umar Sadiqi transfer pəncərəsinin sonuncu günündə “Almeriya”dan 20 milyon avro qarşılığında transfer etmişdi. Nigeriyalı forvard bu komandanın heyətində meydana çıxdığı 3 matçda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR