Müqavilə yenilənir, 1 milyard avro qiymət qoyulur - "Barselona"da gündəm

15 Sentyabr 2022 00:20 İspaniya 343
Müqavilə yenilənir, 1 milyard avro qiymət qoyulur -

"Barselona" Qavi ilə müqaviləni uzatmaq üçün razılaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək Kataloniya təmsilçisində oynayacaq.

Yarımmüdafiəçinin müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur. Qavi ilə müqavilənin imzalanması sabah Barselonadakı "Kamp Nou2 stadionunda keçiriləcək kütləvi tədbirdə baş tutacaq.

Qavi ötən yaydan "Barselona"nın əsas komandasında çıxış edir. Futbolçu kataloniyalıların heyətində 54 matçda 2 qol vurub və 6 qolun ötürməsini verib.

2021-ci ilin oktyabrında İspaniya yığmasında debüt edib. Onun millidə 10 oyun və 1 qol ötürməsi var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!