“Real”ın növbəti baş məşqçisi Tomas Tuxel olacaq?

14 Sentyabr 2022 15:20 İspaniya 571
“Real”ın növbəti baş məşqçisi Tomas Tuxel olacaq?

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel “Real”ı çalışdıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

49 yaşlı almaniyalı mütəxəssis gələn yay “Real”ın baş məşqçisi ola bilər. Bu, Karlo Ançelotti Madrid klubunu tərk etmək qərarına gələrsə baş verəcək.

Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Sentyabrın 7-də Tuxel “Çelsi”nin baş məşqçisi vəzifəsindən qovulub. Onun yerini əvvəllər “Brayton”da işləyən Qrem Potter tutub.

Tuxel 2021-ci ilin yanvarından “Çelsi”ni çalışdırırdı. Alman mütəxəssis “zadəganlar”la Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti