Getmək istəmir – “Real”da daim ehtiyatda qalan hücumçu

14 Sentyabr 2022 00:20 İspaniya 402
Getmək istəmir – “Real”da daim ehtiyatda qalan hücumçu

“Real”ın hücumçusu Mariano Dias az şans qazanmasına baxmayaraq, klubla müqaviləsini uzatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə Madrid klubu arasında tezliklə yeni müqavilə danışıqları başlaya bilər.

Dias ötən mövsüm 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, bu mövsüm meydanda olmayıb.

29 yaşlı futbolçu “Real”a 2018-ci ildə “Lion”dan keçib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti