"Mənim sirrim yoxdur - Çox sıxıcı həyatım var, elə deyil?"

13 Sentyabr 2022 18:40 İspaniya 327
"Mənim sirrim yoxdur - Çox sıxıcı həyatım var, elə deyil?"

"Real"ın ulduzu Luka Modriçin 37 yaşı tamam olur.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu münasibətlə Madrid kanalının rəsmi televiziyasına açıqlamalar verib.

Təcrübəli futbolçu işini çox sevdiyini deyib:

"37 yaşım var. Hamı məndən necə belə qala bildiyimi soruşur. Mənim sirrim yoxdur. 24 saat futbolla yaşayıram və işimi sevərək görürəm.

Bazaya məşqdən saat yarım əvvəl gəlirəm. Məşqdən əvvəl nahar edirəm və fizioterapevtlərlə məşqöncəsi hazırlıq prosesi həyata keçirirəm.

Məşqdən sonra ailəmlə vaxt keçirmək üçün evə gedirəm. Hətta uşaqları məktəbdən özüm gətirirəm. Çox sıxıcı həyatım var, elə deyil?"

Modriç "Real"a 2012-ci ilin yayında "Tottenhem"dən transfer olunub. O, "kral klubu"nun heyətində meydana çıxdığı 442 matçda 33 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı