"Barselona" müqavilə imzalayır - Bütün şərtlər razılaşdırıldı

13 Sentyabr 2022 18:20 İspaniya 407
"Barselona" müqavilə imzalayır - Bütün şərtlər razılaşdırıldı

"Barselona"da yeni müqavilə qeydə alınacaq.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi Gavinin sözləşməsinin müddətini uzadacaq.

18 yaşlı futbolçu ilə bütün şərtlər razılaşdırılıb.

Yaxın günlərdə İspaniya millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

"Barselona" gənc oyunçunun sərbəstqalma məbləğini 1 milyard avro olaraq müəyyənləşdirib. Futbolçunun maaşı da artırılacaq.

Qavi "Barselona"nın yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 52 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti