Alba, Pike, de Yonq, Depay və Busketslə yollarını ayıracaq - “Barsa”

12 Sentyabr 2022 12:00 İspaniya 561
Alba, Pike, de Yonq, Depay və Busketslə yollarını ayıracaq - “Barsa”

“Barselona” qış transfer pəncərəsində daha çox qazanan futbolçularla yollarını ayırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi yayda başladıqları işi başa çatdırmaq niyyətindədir.

Kataloniya klubunun əsas məqsədi məvacib fondunu növbəti dəfə azaltmaqdır.

Bildirilir ki, qış aylarında yarımmüdafiəçi Frenki de Yonq, müdafiəçilər Jerar Pike və Jordi Alba, eləcə də hücumçu Memfis Depay komandanı tərk edə bilər.

Həmçinin, Busketsin də müqaviləsini uzatmayacağı və klubdan ayrılacağı vurğulanır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!