Prezident Mbappeni tənqid etdi – “Real”a keçmədiyi üçün

11 Sentyabr 2022 00:00 İspaniya 456
Prezident Mbappeni tənqid etdi – “Real”a keçmədiyi üçün

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappeni “Real”a keçməkdən imtina etdiyinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, Tebas, Mbappenin rəqabətə davamlı olmayan çempionatda qaldığını deyib:

“Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappenin oynadığı klublara nəzər salsaq, görərik ki, bunlar pul tökən klublardır.

Təbii ki, onların La Liqaya gəlməsini istərdik, amma keçən il də onlar yox idi. Mbappe isə rəqabətə davamlı olmayan çempionatda qaldı”.

23 yaşlı fransalı forvard bu yay “Real”a keçməkdən imtina edib. May ayının sonunda Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilin iyununun sonuna qədər uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"