“Barselona”nı BƏƏ klubuna dəyişdi - 2+1 illik müqavilə

10 Sentyabr 2022 01:40 İspaniya 393
“Barselona”nı BƏƏ klubuna dəyişdi - 2+1 illik müqavilə

Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisi Miralem Pyaniç “Barselona”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

İspaniya klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Pyaniç, sözləşməsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, azad agent kimi keçdiyi BƏƏ klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Pyaniç “Barselona”ya 2020-ci ilin sentyabrında İtaliyanın “Yuventus” klubundan 60 milyon avro qarşılığında keçmişdi.

Lakin o, Kataloniya təmsilçisində cəmi 30 oyun keçirsə də, qol vura bilməyib. Ötən mövsümdə isə yarımmüdafiəçi icarə əsasında Türkiyənin “Beşiktaş” klubunun uğurları üçün çalışıb.

Bosniyalı futbolçu İtaliyada “Yuventus”dan başqa, “Roma”nın da uğurları üçün çalışıb.

Peşəkar karyerasına Fransanın “Mets” klubunda başlamış oyunçu, bu ölkədə “Marsel”in də formasını geyinib. O, Bosniya və Herseqovina yığmasında 107 oyuna çıxıb, 18 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!