“Mbappenin PSJ-də qalması “Barselona” üçün də yaxşıdır”

9 Sentyabr 2022 12:20 İspaniya 479
“Mbappenin PSJ-də qalması “Barselona” üçün də yaxşıdır”

“Barselona”nın hücumçusu Osman Dembele PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a keçməməsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Dembele, Fransa millisində komanda yoldaşı olan Mbappenin Paris klubunda qalmaqla düzgün addım atdığını düşünür:

“Mbappe PSJ-də daha yaxşıdır. Düşünürəm ki, o, PSJ-ni çox sevir. Bu onun öz klubudur.

Kilianın PSJ-də qalması “Barselona” üçün də yaxşıdır. Lakin gələcəkdə La Liqaya keçəcəyini, yoxsa Parisdə qalacağını bilmirəm”.

Mbappe ötən mövsüm Madrid klubuna keçməkdən imtina etmiş və PSJ ilə müqaviləsini 30 iyun 2025-ci ilə qədər uzatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!