"O, at kimi çalışır, siiz bunu görmürsüz"

7 Sentyabr 2022 00:10 İspaniya 385
"O, at kimi çalışır, siiz bunu görmürsüz"

"Real"ın almaniyalı futbolçusu Toni Kroos sabiq komanda yoldaşı, hazırda "Mançetser Yunayted"də oynayan Kriştiano Ronaldo haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, 37 yaşlı hücumçunun çalışqan olduğunu bildirib və forvardı tərifləyib:

“Mən sizə deyə bilərəm ki, o, zirvədə olmaq üçün çox çalışıb. Onun həftə sonları futbol oynadığını, sonra "Ferrari" sürərək evə getdiyini görürsünüz.

Amma görmürsünüz ki, o, bu səviyyədə qalmaq və daim inkişaf etmək üçün hər gün nə qədər səy sərf edir. Ona baxın.

Təkcə görünüşünə deyil, oyununa, formasına, hər gün nə qədər işlədiyinə, əm bazada, həm evdə qidalanmasına necə diqqət etdiyinə fikir verin.

Və o, bütün bunları 37 yaşında bacarır! Ronaldo adının Kriştiano Ronaldo olduğu üçün deyil, inanılmaz dərəcədə çalışdığı üçün belə yüksəklərə çatıb.

O, at kimi çalışır. Siz bunu görmürsünüz. Belə çalışqanlıq bu səviyyəyə çatmağın yeganə yoludur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı