Aşağı liqa klubu ilə müqavilə imzaladı - Məşhur hücumçu

6 Sentyabr 2022 21:40 İspaniya 1 105
Aşağı liqa klubu ilə müqavilə imzaladı - Məşhur hücumçu

"Selta"dan ayrılan Nolitonun yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı forvard karyerasının La Liqa 2-də davam etdirəcək.

Təcrübəli hücumçu "İbitsa" klubu ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan sözləşməyə qol çəkib.

İspaniya millisinin sabiq üzvü olan Nolito karyerası ərzində "Benfika", "Qranada", "Mançester Siti", "Sevilya" kimi klublarda oynayıb.

O, son mövsümdə "Selta"nın heyətində meydana çıxdığı 35 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR