“Real”ın müdafiəçisi Naço Fernandes klubla müqaviləsini uzada bilər.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 32 yaşlı futbolçuya 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.
Naçonun hazırkı müqaviləsi 30 iyun 2023-cü il tarixinədək qüvvədədir.
Naço ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 3 qol vurub.

