"Kərimi əvəz edəcək heç kimin olmadığı doğru deyil”

6 Sentyabr 2022 01:40 İspaniya 916
"Kərimi əvəz edəcək heç kimin olmadığı doğru deyil”

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanı kimin əvəz edə biləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi, fransalı hücumçunu əvəz edə biləcək futbolçuların adlarını çəkib:

“Benzemanı əvəz edəcək heç kimin olmadığı doğru deyil. Bizdə Mariano, Hazard, Rodriqo, bəzən Asensio, hətta Luka Modriç var.

Benzema üç gündən bir oynayanda istirahət etməli ola bilər. Amma indi həftədə bir oyunla o, yaxşı çıxış edir.

“Betis”lə oyunda o, elə də uğurlu ola bilmədi. Lakin bu, onun fiziki vəziyyətinə görə deyil”.

“Real” İspaniya çempionatının dördüncü turunda “Betis”ə qalib gəlib (2:1).

“Kral klubu” dörd oyundan sonra 12 xal toplayıb və La Liqada turnir cədvəlində birinci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR