“Heç kimə nəyisə sübut etməyə ehtiyacım yoxdur” – Buradan ayrılan futbolçu

6 Sentyabr 2022 00:10 İspaniya 850
“Heç kimə nəyisə sübut etməyə ehtiyacım yoxdur” – Buradan ayrılan futbolçu

“Espanyol”un hücumçusu Martin Breytveyt La Liqanın 4-cü turunun “Atletik”lə oyununda (1:0) vurduğu qələbə qolundan danışıb və “Barselona”dan ayrılmasına eyham vuraraq, heç kimə nəyisə sübut etməyə ehtiyac duymadığını deyib.

Sportinfo.az xəbər verir ki, danimarkalı futbolçu bunları bildirib:

“Son ana qədər mübarizə apardım. Bir az bəxtim gətirdi, amma qol vurdum. Bütün komanda kimi özümü xoşbəxt hiss edirəm. Bu, bizim üçün çox vacib qələbədir.

Heç kimə nəyisə sübut etməyə ehtiyacım yoxdur, mən sakitəm. İndi daha çox oynamağa başlamağa ümid edirəm.

Futbolçular və məşqçi heyəti məni çox yaxşı qarşıladı. Komanda yoldaşlarıma uyğunlaşmaq mənim üçün asan idi.

Bizim potensialımız var və mübarizəmizi davam etdirməliyik. Bu nəticə bizə inam verəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR