16 yaşlı dağıstanlı İspaniya klubu ilə müqavilə imzaladı

5 Sentyabr 2022 22:00 İspaniya 1 593
16 yaşlı dağıstanlı İspaniya klubu ilə müqavilə imzaladı

16 yaşlı dağıstanlı futbolçu Səid Cavatxanov İspaniyanın “Hospitalet” klubu ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, Cavatxanov Moskvanın “Nine” futbol məktəbinin məzunudur. F

utbolçu artıq Kataloniyaya yollanıb və orada “Hospitalet”lə müqavilə imzalayıb.

Bu komanda İspaniya La Liqasında çıxış edən “Barselona” və “Espanyol”dan sonra Kataloniyada üçüncü ən önəmli klubdur.

“Hospitalet” İspaniyanın üçüncü divizionunda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti