"O, ayaqları olan bir ürəkdir.,ehtirasla oynayır" - BƏY TƏRİFİ

5 Sentyabr 2022 10:20 İspaniya 1 271
"O, ayaqları olan bir ürəkdir.,ehtirasla oynayır" - BƏY TƏRİFİ

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Qavinin La Liqanın 4-cü turunun “Sevilya” ilə oyunundakı (3:0) çıxışı haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi, Qavinin “Sevilya” ilə matçda ən yaxşı olduğunu bildirib:

“Məncə, sürəti, mübarizəsi, ötürmələri və rəqibə yüksək təzyiqini nəzərə alsaq, Qavi bu matçda ən yaxşı idi.

Qavi ayaqları olan bir ürəkdir. O, ehtirasla oynayır. Onun hərəkətlərinin intensivliyi komandaya çox şey verir”.

“Barselona” dörd matçda 10 xal toplayıb və La Liqada ikinci yerdərir. Komanda növbəti turda “Kadis”lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR