"Barselona" klubu daha bir transferi gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun sosial şəbəkə hesabları 31 yaşlı sol cinah müdafiəçisi Markos Alonsonun "Barselona"da ilk məşqinə qatılmasının görüntüsünü paylaşıb.
Alonsonun son klubu "Çelsi" olub.
Həmçinin, "Barselona" daha bir İngiltərə və London klubundan cinah müdafiəçisini heyətinə qatıb.
Bu, "Arsenal"la yollarını ayırmış 27 yaşlı sağ cinah müdafiəçisi Ektor Belyerindir.
Ektor Belyerin "Barselona"nın yetirməsi olsa da, Markos Alonso əzəli rəqib olan Madrid "Real"ında futbolun sirlərinə yiyələnib.

