Fransadan hücumçu transfer etdi - İspaniyanın məşhur klubu

2 Sentyabr 2022 00:10 İspaniya 532
Fransadan hücumçu transfer etdi - İspaniyanın məşhur klubu

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Əndəlus təmsilçisi "Nitsa"nın hücumçusu Kasper Dolberqi transfer edib.

Danimarkalı forvard 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"nın heyətində keçirəcək.

Kasper Dolberq 2019-cu ilin yayında "Ayaks"dan "Nitsa"ya transfer olunub.

24 yaşlı qolçu Fransa klubunun heyətində meydana çıxdığı 85 matçda 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR