İspaniyada oynayan forvardla anlaşdı - 4 illik müqavilə

1 Sentyabr 2022 12:13 İspaniya 1 087
İspaniyada oynayan forvardla anlaşdı - 4 illik müqavilə

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, adı "Fənərbaxça" ilə hallanan Maksi Qomez "Trabzonspor"la anlaşıb.

Uruqvaylı forvardın bu gün İstanbula yollanacağı gözlənilir. Belə ki, o, "Ümraniyespor"la matç üçün İstanbula yollanacaq "Trabzonspor"un düşərgəsinə elə burada qoşulacaq.

26 yaşlı forvard Qaradəniz təmsilçisi ilə 4 illik müqaviləyə qol çəkəcək. Türkiyə klubu isə onun üçün 3 milyon avro ödəyəcək.

Qomez “Defensor Sportinq” və “Selta”da oynadıqdan sonra 2019-cu ildə “Valensiya”ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR