"O, hər zaman öz bildiyini edir, komandanın ən çox ehtiyac duyduğu vaxt..."

1 Sentyabr 2022 01:30 İspaniya 780
"O,  hər zaman öz bildiyini edir, komandanın ən çox ehtiyac duyduğu vaxt..."

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 3-cü turunun “Valensiya” ilə oyunu (1:0) haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Edinson Kavaninin gəlişinin “Valensiya”ya yaxşı təsir edəcəyini deyib:

“Antuan Qrizmann hər zaman öz bildiyini edir. Komandanın ən çox ehtiyac duyduğu vaxt onun meydanda olması çox vacibdir.

Mən Cennaro Qattuzonu ona qarşı oynadığım zamanlardan tanıyıram.

Şübhə etmirəm ki, onun komandası bir məşqçi kimi ötürdüyü həvəs və enerjini əks etdirir. Kavani “Valensiya”ya güc verəcək, onun gəlişi ilə hücum xətti güclənəcək”.

Uruqvaylı hücumçu Kavani azad agent kimi “Valensiya”ya keçib. Onun klubla müqaviləsi iki il müddətinə qüvvədə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR