"Valensiya” Kavani ilə 2 illik müqavilə bağlamaq istəyir

30 Avqust 2022 00:00 İspaniya 635
"Valensiya” Kavani ilə  2 illik müqavilə bağlamaq istəyir

Uruqvaylı hücumçu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu “Valensiya”ın hədəfindədir.

Avqustun 29-da klub nümayəndələri futbolçu ilə müqaviləni yenidən müzakirə etmək niyyətindədirlər. İspaniya klubu forvardla iki illik müqavilə bağlamağa hazırdır.

Kavani “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra, iyulun 1-dən azad agent statusundadır. O, ötən mövsüm bütün yarışlarda 20 matçda meydana çıxıb və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR