"Barselona"nın yeni hücumçusu Robert Levandovski Kataloniya klubunda ilkə imza atıb.
Sportinfo.az xəbər verir ki, o, buna ötən gün La Liqanın 3-cü turunda "Valyadolid"lə matçda (4:0) dubl etməklə nail olub.
Nəticədə Levandovski "Barselona"nın heyətində yerli çempionatda çıxdığı ilk 3 matçda 4 qol vurub. Bununla da 34 yaşlı forvard klubun 21-ci əsrdə belə nəticəyə imza atan ilk futbolçusu olub.
Levandovski "Barselona"ya bu yay "Bavariya"dan keçib.

