"Spartak" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Moskva təmsilçisi azad agent statusunda olan Keyta Baldeni rənglərinə bağlayıb.
"Spartak" seneqallı forvardla 3 illik müqavilə imzalayıb. Keyta yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.
Keyta Balde son mövsümdə "Kalyari"də çıxış edib. "Barselona"nın yetirməsi olan 27 yaşlı futbolçu İtaliya klubunun heyətində meydana çıxdığı 26 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

