“Barselona”nın 20 milyon avroluq təklifi ilə razılaşmadılar

27 Avqust 2022 10:20 İspaniya 864
“Barselona”nın 20 milyon avroluq təklifi ilə razılaşmadılar

“Atletik”in (Bilbao) müdafiəçisi İniqo Martinez “Barselona”ya keçməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 31 yaşlı futbolçu üçün 20 milyon avro təklif etsə də, rədd cavabı alıb.

“Atletik”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Martinez gələn ilin yanvarında “Barselona” ilə ilkin müqavilə imzalaya və gələn yay pulsuz transferlə komandaya qoşula biləcək.

Martinez 2018-ci ilin yanvarında “Athletik”ə keçib. İspaniyalı futbolçu bu mövsüm dizindən aldığı zədə səbəbindən ölkə çempionatının oyunlarında meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR