Zorlamaya görə həbs cəzasına məhkum edilmiş tanınmış forvard ərəb klubunda

26 Avqust 2022 18:40 İspaniya 768
Zorlamaya görə həbs cəzasına məhkum edilmiş tanınmış forvard ərəb klubunda

"Selta"nın forvardı Santi Mina Səudiyyə Ərəbistanında oynayacaq.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu 2023-cü ilin yayına qədər "Əl-Şabab"da icarə əsasında çıxış edəcək.

Futbolçunun Səudiyyə Ərəbistanına yollanması heç də bu ölkədə oynamaq istəyi ilə bağlı deyil.

Məsələ burasındadır ki, mayda Almeriya məhkəməsi Santi Minanın zorlama ittihamı ilə 4 il həbs cəzasına məhkum etmişdi.

Mina apellyasiya şikayəti verib, bu şikayət yuxarı instansiya məhkəməsi tərəfindən təmin edilməzsə, hökm qüvvəyə minəcək.

İspaniya ilə Səudiyyə Ərəbistanı arasında ekstradisiya müqaviləsi olmadığına və futbolçu da həbs olunmamaq üçün bu ölkəyə yollanıb.

O, bundan əvvəl Yunanıstan çempionatında oynamaqdan imtina etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR