"Espanyol" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi "Levante"dən Dani Qomesi heyətinə qatıb.
İspaniyalı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Espanyol"da keçirəcək.
Dani Qomes "Real"ın yetirməsidir. 24 yaşlı forvard "Levante"yə 2020-ci ilin yayında "kral klubu"ndan transfer olunub.

