Pul problemi çıxdı - Yeni transferini sifariş edə bilmir

22 Avqust 2022 18:20 İspaniya 726
Pul problemi çıxdı - Yeni transferini sifariş edə bilmir

Barselona" bu yay heyətinə qatdığı Jül Kundenin xidmətindən hələ də istifadə edə bilmir.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu fransalını La Liqada qeydiyyatdan keçirməyi bacarmayıb.

Buna səbəb isə klubda maliyyə problemlərinin ortaya çıxmasıdır.

Kataloniya təmsilçisi çempionatı keçirən qurumun maaş və xərc limitini aşmasına görə yalnız 4 transferi qeydiyyatdan keçirə bilib.

Kunde "Barsa" ilə beş illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR