Busketsin “Barselona” macərası bitmək üzrədir

21 Avqust 2022 12:20 İspaniya 696
Busketsin “Barselona” macərası bitmək üzrədir

Serxio Buskets cari mövsümün sonunda “Barselona”nı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi maaşı ilə bağlı güzəştə getməyə razılaşmayıb.

Bu səbəbdən, Buskets gələn yay başa çatacaq müqaviləsini yeniləməyəcək. O, İspaniya yığmasındakı karyerasını da bitirə bilər.

“Barselona”nın yetirməsi olan Buskets əsas komandada 681 oyuna çıxıb, 18 qol vurub, 43 məhsuldar ötürmə edib.

O, Kataloniya təmsilçisi ilə 8 dəfə İspaniya La Liqasını və superkubokunu qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR