"Barselona"nın baş məşqçisi Xavi Kazemironun "Real"dan ayrılmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan Kataloniya klubunun çalışdırıcısı bunları deyib:
"Kazemiro "Real"ın əfsanəsi olmağı bacardı. Amma klub onu əvəzləyəcək oyunçu tapa bildi.
İstənilən halda, Kazemironun gedişi "Real" üçün böyük itkidi. O, qələbələrdə böyük pay sahibi olurdu. Bu, klubun qərarıdı".

