"Real" Reyneri icarəyə verib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi karyerasını "Jirona"da davam etdirəcək. Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.
Reyner son iki mövsümü icarə əsasında "Borussiya"da (Dortmund) keçirib. O, geriddə qalan mövsüm Bundesliqada 12 oyuna çıxıb.

