Azərbaycan yığmasının yarımmüdafiəçisi İngiltərə klubunda

15 Avqust 2022 09:00 İspaniya 1 759
Azərbaycan yığmasının yarımmüdafiəçisi İngiltərə klubunda

Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının üzvü Sərhat Taşdemir özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Bakston”la anlaşıb.

2000-ci il təvəllüdlü yarımmüdafiəçi U-19 yığmamızda oynadıqdan sonra U-21 və əsas milliyə dəvət edilməyib.

Futbolçu karyerası ərzində “Flayd”, “Piterboro”, “Oldham”, “Barnet” klublarında oynayıb.

Onun bu yay Azərbaycan klublarından birinə keçəcəyi iddia edilirdi.

Yarımmüdafiəçi U-19 yığmamızın heyətində Avropa çempionatın seçmə mərhələsi çərçivəsində üç oyunda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR