Barsa” yeni müqavilə bağladı, yeni qiymət qoydu, icarəyə verdi

13 Avqust 2022 21:40 İspaniya 427
Barsa” yeni müqavilə bağladı, yeni qiymət qoydu, icarəyə verdi

“Barselona” gənc yarımmüdafiəçisi Niko Qonsales ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb.

İspaniyalı oyunçu azı 2026-cı ilin 30 iyununa kimi Kataloniya klubuna məxsus olacaq. Niko Qonsalesə qiymət də qoyulub.

Yarımmüdafiəçini həmin vaxta kimi heyətinə qatmaq istəyən klub, bunun üçün “Barselona”ya 1 milyard avro ödəməlidir.

“Barselona” Niko ilə yeni müqavilə bağladıqdan sonra onu “Valensiya”ya icarəyə verib. Yarımmüdafiəçi 2022-23 mövsümünün sonuna kimi bu komandada icarədə olacaq.

Niko Qonsales “Barselona”nın öz yetirməsidir. O, 2021-ci ildən əsas komandada çıxış edirdi.

Futbolçu doğma komandasında meydana çıxdığı 37 oyunda 2 qolla yadda qalıb. O, İspaniyanın U-21 yığmasında da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı