Pike “Barselona”da pulsuz oynamağa razılaşdı, rədd cavabı aldı

10 Avqust 2022 18:20 İspaniya 1 487
Pike “Barselona”da pulsuz oynamağa razılaşdı, rədd cavabı aldı

“Barselona”nın müdafiəçisi Jerar Pike kluba yeni oyunçuların cəlb edilməsi üçün pulsuz oynamağa hazırdır.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı ispaniyalı “Barselona”da beşinci mərkəz müdafiəçisi olduğunu başa düşür, lakin təslim olmaq istəmir.

O, bu mövsüm kataloniyalılar üçün vacib oyunçu olacağına əmindir.

Pike klub prezidenti Xuan Laporta ilə şam yeməyində komandada pulsuz oynamağı təklif etsə də, ona rədd cavabı verilib.

Pike ötən mövsüm “Barsa”nın heyətində 39 oyunda 3 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti