Klubun keçmiş rəhbərliyi məhkəməyə verilə bilər – Pozuntular aşkarlandı

8 Avqust 2022 21:40 İspaniya 564
Klubun keçmiş rəhbərliyi məhkəməyə verilə bilər – Pozuntular aşkarlandı

“Barselona”nın rəhbərliyi yarımmüdafiəçi Frenki de Yonqun 2020-ci ilin oktyabrında klubla bağladığı müqavilədə pozuntular aşkarlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Belə bir müqavilə bağlandığı üçün İspaniya klubunun nümayəndələri “Barselona”nın keçmiş rəhbərliyini məhkəməyə verə bilər.

2020-ci ildə 25 yaşlı de Yonq “Barselona” ilə müqaviləsini aşağıdakı şərtlərlə uzadıb:

O, iki mövsümdə maaşının azalmasına razılaşıb, lakin növbəti dörd il ərzində əvvəlki müqaviləsinə görə ona lazım olan 18 milyon avronu alacaq.

Müdafiəçilər Jerar Pike və Kleman Lanqlenin də oxşar müqavilələr imzaladığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!