"Barselona" Messi ilə danışıqlara başladı - Yaxın ətrafı vasitəsilə

8 Avqust 2022 15:40 İspaniya 977
"Barselona" Messi ilə danışıqlara başladı - Yaxın ətrafı vasitəsilə

PSJ-nin futbolçusu Lionel Messi gələn yay sabiq klubu "Barselona"ya qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya təmsilçisi 35 yaşlı hücumçunun 2023-cü ildə kluba gəlməsi üçün onun ətrafı, yaxınları ilə danışıqlar aparır.

Qeyd olunur ki, bu gün bunun reallaşması üçün çoxlu imkanlar mövcuddur.

Messi 2003-2021-ci illərdə "Barselona"da oynayıb. Ötən yay o, azad agent kimi PSJ-yə keçib və 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM