“Barselona”ya kin saxlamıram” – Alveş sözünü dedi

8 Avqust 2022 12:20 İspaniya 804
“Barselona”ya kin saxlamıram” – Alveş sözünü dedi

“Barselona”nın sabiq futbolçusu, bir müddət əvvəl Meksika “Puma”sına keçən Dani Alveş Kataloniya klubundan ayrılmasından danışıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı braziliyalı futbolçu bunları deyib:

“Barselona”ya kin saxlamıram. Bəli, klubun müqaviləni yeniləmək istəmədiyini mənə bir az əvvəl bildirməsini istəyərdim.

Amma yenə də, baş məşqçi Xavi və klub prezidenti Xuan Laportaya minnətdaram”.

Alveş ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 16 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"