“Barselona”nın hücumçusu “Yuventus”a keçməyə hazırlaşır

7 Avqust 2022 00:10 İspaniya 415
“Barselona”nın hücumçusu “Yuventus”a keçməyə hazırlaşır

“Barselona”nın hücumçusu Memfis Depay bu yay “Yuventus”a keçməyə hazırdır.

Sportinfo.az xəbər verir ki,, A Seriyası təmsilçisi 28 yaşlı futbolçunu almaq üçün təklif irəli sürüb.

“Barsa” niderlandlı hücumçunu buraxmaq istəyir, lakin onu icarəyə verməzdən əvvəl yeni müqavilə imzalamalıdır.

Daha əvvəl Depayın “Barselona” ilə müqaviləni pozmaq istədiyi bildirilirdi.

Depay ötən mövsüm Kataloniya komandasının heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti