"Əgər cin peydə olub, bizə 3 arzu diləmək şansı versəydi..." - Laportadan qəribə arzu

6 Avqust 2022 10:00 İspaniya 657
"Əgər cin peydə olub, bizə 3 arzu diləmək şansı versəydi..." - Laportadan qəribə arzu

"Barselona"nın prezidenti Joan Laporta Robert Levandovskinin "Bavariya"dan transfer olunması prosesindən danışıb.

Sportinfo.az xəbər verir ki, "Marca"ya istinadən xəbər verir ki, o, deyib:

“Doqquzluğu hədəf almışdıq. Əgər cin peydə olub, bizə 3 arzu diləmək şansı versəydi, o zaman ardıcıl qol vuran,

dəfələrlə “Qızıl buts”a layiq görülən birini transfer etməyi seçərdik. Bunların hamısı Levandovskidə cəmləşib. Onun meneceri ilə çox xüsusi münasibətim var.

Soruşdum: "Bu transfer üçün imkan varmı?" Və o da cavab verdi: "Bəli". Dərhal “Bavariya” ilə əlaqə saxladıq.

Robert də onunla müqavilə bağlaya bilib-bilməyəcəyimizi soruşdu. Mən onu sakitləşdirdim. Mən Levandovskiyə dedim ki, əgər biz yalnız bir oyunçu ilə müqavilə bağlaya bilsək, bu, o olacaq.

Ona daha çox pul təklif edən başqa klublar da var idi. Mən xoşbəxtəm və minnətdaram ki, o, belə vəziyyətdə bura gəlməyə razı oldu".

"Barselona" bu yay Levandovski ilə 4 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti