Azad agent statusu daşıyır, indi 2 seçimi var

1 Avqust 2022 12:20 İspaniya 620
Azad agent statusu daşıyır, indi 2 seçimi var

İtaliyalı hücumçu Andrea Belotti yeni komanda axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, futbolçu iyulun 1-də “Torino” ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu alıb.

28 yaşlı italiyalıya “Toronto” və “Valensiya” maraq göstərir. Futbolçu üçün prioritet isə İspaniya klubudur.

Belotti ötən mövsüm A Seriyasında 22 oyun keçirib və 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"