Messi gələn il "Barselona"ya qayıdacaq? – Xavi hər şeyi söylədi

30 İyul 2022 21:40 İspaniya 1 140
Messi gələn il "Barselona"ya qayıdacaq? – Xavi hər şeyi söylədi

"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışından danışıb.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçu ilə bağlı deyib:

“Mən artıq demişdim ki, hazırda Messiyə diqqət yetirmək utopiyadır. Kaş ki, Messinin "Barselona"dakı dövrü bitməsəydi.

Düşünürəm ki, o, buraya ikinci dəfə qayıtmağı haqq edir, amma bu, gələn il ola bilər. Onun hazırda başqa klubla müqaviləsi var”.

Messi 2005-2021-ci illərdə "Barselona"nın əsas komandasında çıxış edib. Bu müddət ərzində o, klubla bütün turnirlədə 776 matçda 670 qol vurub və 302 qolun ötürməsini verib.

2021-ci ildə Messi "Barselona"dan ayrılaraq PSJ-yə keçib.Onun Paris təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR